Adil Şirinov UAZ-a direktor təyin olundu

Rusiyada fəaliyyət göstərən “Ford Sollers” müəssisəsinin prezidenti və baş direktoru Adil Şirinov şirkətin əsas aktivi olan “Ulyanovsk Avtomobil Zavodu”nun (UAZ) Baş direktoru təyin olunub. 

Buta.media-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, o, bu vəzifədə “Sollers”in əsas sahibi və Baş direktoru Vadim Şvetsovu əvəz edib.

“Sollers” şirkətinin nümayəndəsi infiormasiyanı təsdiqləyərək Şirinovun “Ford Sollers” BM-nin də rəhbərliyində qalacağını söyləyib.

Qeyd edək ki, Adil Şirinov 1990-cı ildən etibarən Rusiyanın avtomobil sənayesində ən yaxşı mütəxəssislərdən biri hesab olunur. O, 1993-1998-ci illərdə “OTİS Elevators”un Rusiyadakı nümayəndəsi olub.

Azərbaycanlı iş adamı “Sollers”dəki fəaliyyətinə qədər “RusPromAvto” ASC-də direktor, 1999- 2002-ci illərdə “Ford Motor Company” şirkətində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ