“Bank faizləri aşağı salınmalıdır” - Siyavuş Novruzov

“Vətəndaşlarımızın orta və kiçik sahibkarlıqla məşğul olması üçün ala biləcəyi kreditlərin faiz miqdarı yuxarıdır”. 

Bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib. 

Deputat qeyd edib ki, hazırda bu rəqəm 14 faizdən başlayır: “Keçmişdə daha yuxarı idi və tədricən aşağı salınıb. Bu gün üçün illik 14 faiz çoxdur. Hesab edirəm ki, bank faizləri aşağı salınmalıdır”. 

S.Novruzov əlavə edib ki, bankların xarici banklarla əməkdaşlığı sıfır səviyyəsindədir: “Həmçinin valyutadəyişmə məntəqələrinin sayını artırmaq lazımdır. Rayonlarda qara bazar fəaliyyət göstərir. Rayon bazarlarının içərisində, müəyyən avtobus dayanacaqlarında əldə pullar dəyişilir və dövlətə hər hansı xeyir gəlmir. Bank sistemi ölkənin qan-damar sistemidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ