“Bakı-Quba pullu avtomobil yolunun tarifləri çox yüksəkdir və sürücülər bu yoldan istifadə etmirlər”.
Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.
Ən azı 2-3 dəfə rayonda olduğunu, lakin yolda heç bir avtomobilin olmadığını qeyd edən millət vəkili deyib:
“Ancaq bu yoldan beynəlxalq yük daşıyan maşınlar keçir. Ödənişli yolun tariflərinə yenidən baxılmalı və aşağı salınmalıdır”.