Azərbaycanda ət yenə ucuzlaşdı - QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti ucuzlaşıb.

Bir sıra rayonlarda mal ətinin qiyməti 15 manatdan 14 manat 50 qəpiyə endirilib.

Ətin ucuzlaşmasına səbəb Qazaxıstan Respublikasından gətirilən ətlik dana cinsləridir.

Həmin dana ətləri kiloqramı 12-13 manatdan əhaliyə təklif edildiyi üçün yerli dana ətlərinin də qiyməti aşağı salınıb.

Xaricdən erkək danalar gətirilməsəydi, ölkəmizdə ətin qiymətində sürətli bahalaşma müşahidə ediləcəkdi.

Məhz bunun qarşısını almaq məqsədi ilə belə bir addım atılıb.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan 1,06 milyon ton ət istehsal edib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ət ixracında əsas yeri Özbəkistan, BƏƏ və Küveyt tutur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ