“Bizdə qazın qiyməti o qədər də yüksək deyil” - nazir

“Qaz limiti kifayət qədər mürəkkəb məsələdir. Bizdə qazın qiyməti o qədər də yüksək deyil”.

Bu fikirləri Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. 

Nazir bildirib ki, sosial həssas əhali üçün müəyyən limit qoyulub:

“Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur. Limitdən yuxarı hissə isə bahadır. Bu, o qədər də sadə məsələ deyil. Biz bunu açıq etiraf etməliyik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ