Azərbaycanda müharibə iştirakçılarına verilən müavinətlərin hesablanması üçün mexanizm hazırlanması təklif edilir.
Bu təkliflə Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Vüqar Bayramov çıxış edib.
O bildirib ki, müharibə iştirakçılarına verilən 80 manat müavinət kommunal xidmətlərin xərcinin ödənilməsi üçündür:
“Təklif edərdim ki, xüsusi bir mexanizm hazırlansın və həmin məbləğ kommunal xidmətlərin xərcinə uyğunlaşdırılsın. Çünki 80 manat müəyyənləşdiriləndə kommunal xidmətlərin xərcləri başqa idi. İndi isə fərqlidir. Yəni, hazırda kommunal xidmətlərin xərcində artımlar var. Amma bir mexanizm hazırlansa, kommunal xidmətlərin xərci artdıqca ona uyğun olaraq da pensiya pulu arta bilər. Bu, pensiya pulu ilə onu formalaşdıran xərc strukturu arasında bir əlaqə yaradar”.