Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vərəqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumları dəyişir.
Buta.media-nın məlumatına görə, Oxu.Az xəbər verir ki, bu, mayın 21-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin verilməsi və müddətinin uzadılması ilə əlaqədar
Mövcud rüsumlar
Müddət |
Yetkinlik yaşına çatanlar üçün |
Yetkinlik yaşına çatmayanlar üçün |
3 ayadək |
30 manat |
15 manat |
6 ayadək |
60 manat |
30 manat |
1 ilədək |
120 manat |
60 manat |
1 il 6 ayadək |
180 manat |
90 manat |
2 ilədək |
240 manat |
120 manat |
2 il 6 ayadək |
300 manat |
150 manat |
3 ilədək |
360 manat |
180 manat |
İcazə vərəqəsi 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda isə üç ayadək müddət üçün 30 manat, altı ayadək müddət üçün 60 manat, bir ilədək müddət üçün 120 manat, 1 il 6 ayadək müddət üçün 180 manat, iki ilədək müddət üçün 240 manat, 2 il 6 ayadək müddət üçün 300 manat, üç ilədək müddət üçün 360 manat dövlət rüsumu alınacaq.
Təklif olunan rüsumlar
Müddət |
Yetkinlik yaşına çatanlar üçün |
Yetkinlik yaşına çatmayanlar üçün |
3 ayadək |
40 manat |
25 manat |
6 ayadək |
80 manat |
50 manat |
1 ilədək |
160 manat |
100 manat |
1 il 6 ayadək |
240 manat |
150 manat |
2 ilədək |
320 manat |
200 manat |
2 il 6 ayadək |
400 manat |
250 manat |
3 ilədək |
480 manat |
300 manat |
İcazə vərəqəsi 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda isə üç ayadək müddət üçün 15 manat, altı ayadək müddət üçün 30 manat, bir ilədək müddət üçün 60 manat, 1 il 6 ayadək müddət üçün 90 manat, iki ilədək müddət üçün 120 manat, 2 il 6 ayadək müddət üçün 150 manat, üç ilədək müddət üçün 180 manat dövlət rüsumu alınacaq.