“76 milyonun 61 milyonu 1 nəfərindir”

“Ləğv prosesində olan “Muğanbank”​da sığortasız əmanət təxminən 102 milyon manatdır”.

Bu fikirləri Mərkəzi Bankın sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, 102 milyon sığortasız əmanətin 76 milyonu fiziki şəxslərindir:

“76 milyonun da 61 milyonu bir nəfərindir. Yerdə qalan 24 milyon hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir. Buna görə də "Muğanbank"ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ