Azərbaycan əhalisinin sayı açıqlanıb: statistik göstəricilər

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 1631 76 nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bidirilib ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

Eyni zamanda qeyd olunur ki, bu ilin 8 ayı ərzində ölkə üzrə 75 min 623 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 %, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 % olub. Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33 836 nikah və 14 544 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ