Laçında şəhərdaxili yollar sürətlə bərpa edilir - video

Laçın şəhərinin daxili yollarının bərpası layihəsinin icrası davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindın (AAYDA) verilən məlumata görə, uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidənqurulması mərkəzi küçələrin və məhəllə daxili yolların bərpasından ibarətdir.

Bildirilib ki, küçə və məhəllə daxili yolların eni 4-11 metr arası dəyişir. 

Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərsə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir-çox küçə və yollarda sadalanan işlər yekunlaşıb. 

Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir. 

Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ