Azərbaycanda bu şəxslər üçün gömrük rüsumu ləğv edildi - QANUN

2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə bağlı malların idxalı gömrük rüsumlarından azad edilib.

Buta.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev bu gün “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sənədlə Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı gömrük rüsumundan azad edilib.

Bu qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ