Yeni 1 manatlıq buraxıldı - Taleh Kazımovun imzası ilə

Bu gündən etibarən Azərbaycanda yeni 1 manatlıq əskinaslar tədavülə buraxılır.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, yeni əskinasların üzərində qurum sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub.

Bildirilib ki, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks olunub.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ