Azərbaycanda yeni nazir təyin edildi

Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib. 

Buta.media-nın məlumatına görə, bu barədə müvafiq fərmanı mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.

Qeyd edək ki, ötən gün, mayın 13-də V.Talıbov Famil Seyidovu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edib.

T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ