SOCAR-ın beş vitse-prezidenti vəzifələrindən azad edilib - yeni təyinatlar

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov vəzifələrindən azad ediliblər.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamları ilə İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin olunublar.

 

Sənədlər imzalandığı gündən qüvvəyə minir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ