“Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə Departamenti Azərbaycandan 61,2 ton bitki mənşəli məhsulun idxalına qadağa qoyub.
Ümumi çəkisi 47,2 ton olan 3 partiya təzə pomidor və çəkisi 14 ton olan 1 partiya təzə çiyələk saxlanılıb.
“Mallar sonrakı satış üçün Rusiya Federasiyasına göndərilib. Yük maşınları idxalçı ölkəyə qaytarılıb”, - “Rosselxoznadzor” qeyd edir.
Məhsulların geri qaytarılmasına səbəb sənədli yoxlamalar zamanı fitosanitar sertifikatlarına təsdiqlənməmiş düzəlişlərin edilməsi, etiketləmə məlumatları ilə fitosanitar sertifikatları arasında uyğunsuzluqların aşkarlanması olub.