Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı yeni qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5%, yuxarı həddi isə 10% saxlanılıb.

“Bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib”, - deyə AMB bəyan edib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 20-də ictimaiyyətə açıqlanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ