Rusiya “Taxıl sazişi”ni dayandırdı: çörəyin qiyməti bahalaşa bilərmi?

Rusiyanın “Qara dəniz razılaşmaları faktiki olaraq qüvvədən düşüb” açıqlaması taxılın dünya bazar qiymətini 3 faizdən çox bahalaşdırıb. İnvestorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar. Bununla belə, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur. Qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir. Digər tərəfdən, Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman olunmur.

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.

“Azərbaycana gəldikdə, hazırda çörəyin qiymətinin yüksəlməsi üçün iqtisadi əsaslar yoxdur. Əvvəlla, sahibkarların mövcud taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi buğdanın qiymətinin münasib olduğu dövrdə formalaşıb. İkincisi, qlobal bazardakı dəyişikliklərin yerli bazara real təsirləri qısa müddətdə müşahidə olunmur. Üçüncüsü, Azərbaycanda taxıl biçini mövsümünün sonudur və yerli ehtiyatlar da artıb. Deməli, hazırda çörəyin qiymətinin artırılması üçün hər hansı real əsas yoxdur”, - deyə ekspert qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ