“Taxıl sazişi” ətrafında yaranmış vəziyyət fonunda Türkiyə valyutası tarixi minimumu yeniləyib və 1 dollar üçün 26,31 lirə təşkil edib.
Bu barədə TASS xəbər verir.
Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov “Taxıl sazişi”nin müddətinin başa çatdığını və sənədin vaxtının uzadılmadığını deyib.