Bakıdan Ankaraya sərnişin qatarı açılır - QRAFİK + QİYMƏTLƏR

Avqust ayından etibarən Azərbaycan və Türkiyə Bakı-Ankara marşrutu üzrə sərnişin qatarı işə salacaqlar.

Buta.media Türkiyə KİV-nə istinadən xəbər verir ki, artıq iki ölkə arasında bununla bağlı müvafiq razılıq əldə edilib.

Qatar avqustda yola düşəcək, həftədə bir dəfə hər istiqamətə gedəcək. Qatar təxminən 40 saata yolu qət edəcək.

Bilet qiymətlərinə gəldikdə, vaqonunun siniflindən aslı olaraq biletin qiyməti 50-dən 120 avro (100 - 240 AZN) təşkil edəcək.

Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb.

Yemək servisi Azərbaycan Dəmiryolları tərəfindən təşkil olunacaq.

Qeyd edək ki, təyyarə ilə Bakıdan Ankaraya 122 AZN-ə getmək mümkündür. Bununla yanaşı, ünvana 2 saat 30 dəqiqə kimi qısa bir vaxta çata biləcəksiz.

Bakıdan avtobusla Ankara getmək istəyənlər isə cəmi 78 manat ödəməlidir. Bakıdan hərəkətə başlayan avtobusla 30 saatlıq müddətə mənzil başına çatacaqsınız. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ