Vətəndaş pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilərmi? - video

Bir sıra inkişaf etmiş  ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi mümkündür. Bizim də təklifimiz ondan ibarətdir ki, Azərbaycanda pensiya kapitalı olan vətəndaşlara belə imkan yaradılsın.

Bu fikirləri Milli Məclisin İqtisadi, siyasət , sənaye və sahibkarlıq komitəsinin üzvü , millət vəkili Vüqar Bayramov deyib.

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilərmi?

Millət vəkili deyir ki, bu pensiya kapitalının daha səmərəli istifadəsinə şərait yaradacaq.

“Təklif vətəndaşın rəsmi məşğulluğa təşviq edilməsinə də səbəb olacaq. Bu halda vətəndaşlar əmək müqaviləsi ilə çalışmaqda daha maraqlı olacaqlar”,- deyə deputat əlavə edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ