Türkiyə MB-nın faiz qərarından sonra lirə kəskin ucuzlaşdı

Türkiyə Mərkəzi Bankının (TCBM) Pul komitəsi Hafize Gaye Erkanın rəhbərliyi ilə ilk uçot faiz dərəcəsi (bir həftəlik repo faizi) qərarını açıqlayıb.

TCMB uçot faiz dərəcəsini 8.5%-dən 15.0%-ə qədər qaldırıb.

TCMB inflyasiya təzyiqlərinə qarşı monetar sərtləşdirmə prosesinə başlamaq qərarına gəldiyini qeyd edib: 

“Qlobal iqtisadiyyatda inflyasiya azalsa da, hələ də uzunmüddətli orta göstəricilərdən xeyli yuxarıdır. Bu səbəbdən bütün dünyada mərkəzi banklar inflyasiyanı azaltmaq üçün tədbirlər görür. Ölkəmizdə son göstəricilər inflyasiyanın əsas tendensiyasının artdığını göstərir. Bu inkişaf daxili tələbin güclü kursu, xərc təzyiqləri və xidmət inflyasiyasının sərtliyi ilə bağlı olub. Bu amillərlə yanaşı, Komitə qiymət davranışının pisləşməsinin inflyasiyaya əlavə mənfi təsir göstərəcəyini gözləyir”.

Qərardan sonra dollar yenidən bahalaşmağa başlayıb və 24 TL-ni ötüb.

Birjalarda dolların məzənnəsi 24,31TL-yə qədər yüksəlib. Başqa sözlə, Türkiyə lirəsi bir saat ərzində 3,2%-ə yaxın ucuzlaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ