Bakıdan İzmirə təyyarə reysləri açılır

“Türk Hava Yolları”nın (THY) brendi olan “AnadoluJet” Anadolunu dünya ilə əlaqələndirmək hədəfləri istiqamətində İzmirdən Azərbaycanın paytaxtı Bakıya uçuş həyata keçirib.

Bu barədə THY Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 16-dan etibarən İzmir Adnan Menderes Hava Limanı ilə Heydər Əliyev Beynəlxalq Aeroportu arasında həftədə 3 gün qarşılıqlı uçuşlar həyata keçiriləcək.

THY baş direktorunun kommersiya üzrə müavini Kerem Sarp yeni uçuş nöqtəsi vasitəsilə qardaş ölkə Azərbaycanla əlaqələri daha da gücləndirməkdən məmnunluq duyduğunu dilə gətirib.

“Bir millət, iki dövlət olaraq gördüyümüz qardaş xalqları İstanbul və Ankaradan sonra İzmir üzərindən paytaxt Bakı ilə əlaqələndirərək Türkiyə ilə Azərbaycan arasında ticari və mədəni dostluğun da möhkəmlənməsinə şərait yaradırıq”, - deyə o qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ