Ağsuda 5 hektardan çox taxıl sahəsi yanıb - video

Ağsu rayonunun Kələğaylı kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verib

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Ətraflı

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, taxıl sahəsində baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək yaxınlıqdak digər əkin sahələrinə keçməsi ehtimalı yüksəkdir.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri ve təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək, genişlənərək digər taxıl sahələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində təxminən 4,5ha biçilməmiş, 1ha biçilmiş taxıl sahəsi və 400m² sahədə kol-kos yanıb, 4 ədəd elektrik dirəyi isə qismən yanıb. Ətrafdakı taxıl sahələri və hava elektrik xətləri yanğından mühafizə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ