Bakı ilə İrəvan arasında dəmir yolu ilə bağlı razılaşma var - Overçuk

“2-3 fikir ayrılığı var, lakin ümumiyyətlə mətn yüksək səviyyədə hazırdır”.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin son iclası 9 saat davam edib.

Overçuk qeyd edib ki, bu iclasın nəticələrinə əsasən, prinsipial məqamlarla - dəmir yolunun haradan keçəcəyi, gömrük nəzarətinin necə aparılacağı ilə bağlı razılaşma var.

“Bu, adi bir dəmir yolu olacaq. Heç kim Ermənistanın suverenliyinə şübhə etmir. Bütün tərəflər kommunikasiyaların tezliklə açılması prosesinə başlamaq istəyi var”, - Rusiya rəsmisi vurğulayıb.

Rusiya Baş nazirinin müavini onu da əlavə edib ki, sərhəd nəzarətinin Rusiya Federasiyası FTX tərəfindən həyata keçirilməsi imkanları Ermənistandan asılı olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ