Siyavuş Novruzov: Azərbaycanda bank faizləri yüksəkdir

“Azərbaycanda bank faizləri yüksəkdir. Hətta kənd təsərrüfatı üçün verilən kreditlərin faizi də yüksəkdir”.

Bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, sahibkarlara 14 faizlə kredit verilir:

“Həmin sahibkar kreditin faizini necə qaytarsın?! Bank faizləri aşağı salınmalıdır. 14 faizlə kredit əldə edən sahibkar hansı işlə məşğul olmalıdır ki, həm bu krediti qaytarsın, həm də qazanc əldə etsin, həm də işçi saxlasın?!”

Siyavuş Novruzov deyib ki, bank faizləri vətəndaşa sərf edən səviyyədə olmalıdır.

Deputat Azərbaycanda valyutadəyişmə məntəqələrinin olmamasından da şikayətlənib.

“İndi valyutaları qara bazarda dəyişirlər. Yəni bu sahədə ölkə 1990-cı illəri xatırladır. Şənbə-bazar günləri isə banklar işləmir, yaxşı, turistlər həmin günlərdə pulu necə dəyişsinlər?!”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ