Türkiyənin milli valyutası iyunun 7-də səhər saatlarında 3% ucuzlaşaraq rekord minimuma enib.
Xarici valyutaya güclü daxili tələbat fonunda təzyiqə məruz qalan türk lirəsi İstanbul Fond Birjasında hərracların açılışında 2,8% zəifləyərək ABŞ dolları qarşısında 22,15-ə düşüb.
Türkiyənin pul vahidi bununla da, bu il itkisini 15,5%-ə çatdırıb. Lirənin əvvəlki rekord minimumu keçən həftə bir dollar üçün 21,8 lirə səviyyəsində qeydə alınıb.