Məlum olduğu kimi, mayın 17-si “Günay Bank” ASC-nin lisenziyası ləğv edildi. Bankın bağlanmasına əsas səbəblərdən biri məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən azlığı, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi əsas göstərilib.
Sonuncu ləğvetmədən sonra ekspertlər daha bir neçə bankın lisenziyasının ləğv ediləcəyi ilə bağlı proqnozlar verməyə başlayıblar.
“Qafqazinfo” bu məqamda bankların cari ilin birinci rübü üzrə məcmu kapitalı ilə bağlı renkinqini hazırlayıb:
* Cədvəl bankların mətbuatda yayımlanan hesabatları əsasında hazırlanıb.
Qeyd edək ki, bankın məcmu kapitalının əsas məqsədi daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığını təmin etmək, bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərləri azaltmaq, əmanətçilərin və investorların bank sisteminə etimadını artırmaqdır.
Bankın məcmu kapitalının minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır. Məcmu kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.