Hökümət işığın limitinin artırılması məsələsinə də baxacaq: Deputatlar danışdı

Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

Buta.media-nın məlumatına görə, Tarif Şurasının 30 aprel tarixli qərarından sonra elektrik enerjisinin istehlakı ilə də bağlı analoji addımın atılmasının vacibliyi qeyd oilunur. 

Hesab edilir ki, hökumət işqıdan istifadəyə görə də vətəndaşların durumunu yüngülləşdirən qərar verməlidir.

Modern.az saytı bu dəfə deputatlardan işq limiti ilə bağlı rəy öyrənib.

Çingiz Qənizadə: “İşığın limitinin qaldırılması Milli Məclisin qərarı ilə həll olunmur. Bu, prezidentin iradəsi və əhalinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı marağı və siyasəti ilə tənzimlənir. Qiymətlərin artırılıb-endirilməsi bildiyimiz kimi, Tarif Şurası vasitəsi ilə həyata keçirilir. 

Prezident müşavirədə qeyd etdi ki, biz elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Belə olan halda düşünürəm ki, işığın limitinin artırılması məsələsinə baxılacaq. Prezidentin son 5-6 ayda gözlənilməz tapşırıqları buna inam yaradır. İşıq və qaz istifadəsində sərf olunan məbləğ ailələrin büdcəsinə təsir edir, düşünürəm ki, işığın limitinin artırılması məsələsi də həll edilsə, yaxşı olar”.
 
Fazil Mustafa: “İşığın limitinin də artırılmasını təklif etmişik. Həll edilməsi mümkün məsələdir. Çalışacağıq ki, limit artırılsın və  bu məsələ öz həllini tapsın”. 

Fəzail Ağamalı: “Millət vəkili, eyni zamanda bir vətəndaş  kimi limitin artırılması fikri mənim mövqeyimdi, lakin Tarif Şurasının da öz mövqeyi var. Ola bilsin ki, bu məsələ gələcəkdə daha aktual olsun.”.

Xatırladaq ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ