ABŞ Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı xəbərlərdən narahatlığını bildirib.
Dövlət departamentinin rəsmisi Vedant Patel qeyd edib ki, Vaşinqtonun fikrincə bu layihə “İran və Rusiyaya sanksiyalardan yan keçməyə kömək edəcək”.
ABŞ təmsilçisi hadisələrin belə bir inkişafına qarşı tədbirlər görüləcəyini vurğulayıb.
Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə Moskva 1,3 milyard avro kredit ayıracaq.