“Günay Bank”da əmanətləri olanlara kompensasiya veriləcək?

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "Günay Bank" ASC-də 40 milyon manata yaxın sığortalanmış (kompensasiya olunan) əmanət var.

Bu barədə AMB-nin açıqlamasında bildirilir.

“Günay Bank” Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə uyğun qaydada ödəniləcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək”, - deyə qurum bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ