Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatının üzləşdiyi problemlər sırasında inflyasiyanı xüsusi qeyd edir.
“Azərbaycanda inflyasiya 2022-ci ilin sentyabrında azalmağa başlayıb, lakin 2023-cü ilin əvvəlində ikirəqəmli səviyyədə qalıb”, - deyə “İnterfaks-Azərbaycan” fonddan sitat gətirir.
İnflyasiyaya təsir edən amillər arasında Rusiya Federasiyasından idxalın yüksək payı, ölkədə əmək haqqının sürətli artımı və pul siyasətinin əhəmiyyətli dərəcədə sərtləşdirilməsinə baxmayaraq aktiv istehlak kreditləşməsi göstərilir.