Bakıda torpağın qiyməti bahalaşır

Bakıda torpağın qiyməti bahalaşır.

Buta.media xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə açıqlamasında bildirib. Onun sözlərinə görə,mart ayında torpaq bazarında qiymətlər 1,38 faiz artıb. İl ərzində torpaq bazarında bahalaşma 2,96 faiz təşkil edib.

N.İbrahimov, həmçinin həyət evlərinin qiymətində bahalaşma olduğunu bildirib:

"Həyət və bağ evlərinin qiymətində ay ərzində 4,75 faiz, il ərzində 2.18 faiz artım olub. Torpağın və həyət evlərinin qiymət artımı mövsümi xarakter daşıyır. Yay mövsümü yaxınlaşdıqca torpağa, həyət və bağ evlərinə tələbat artır və bu da öz növbəsində qiymətlərin bahalaşmasına təsir göstərir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ