Bakıda binalara yeni liftlər quraşdırılacaq: Qiyməti 13 min dollar

İlin sonunadək Bakıda 541 liftin quraşdırılması planlaşdırılır.

Buta.media "report"a istinadən xəbər verir ki, bunu Bakı Lifttəmir İstehsalat Birliyinin sədri Xalid Ələkbərov deyib.

O qeyd edib ki, növbəti mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılacaq: "Məqsəd istifadəyə yararsız liftlərin yeniləri ilə əvəzlənməsidir".

X.Ələkbərov bir liftin qiymətinin 12 800 ABŞ dolları olduğunu deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ