Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FRS) may iclasının nəticələrinə əsasən baza dərəcəsini 25 bənd artıraraq 5,00-5,25%-ə çatdırıb.
Amerika tənzimləyicisi bildirib ki, uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2% inflyasiyaya nail olmağı hədəfləyir.
Bu məqsədlərə dəstək olaraq, qurum federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 5,00-5,25%-ə yüksəltmək qərarına gəlib.