Rusiyadan Ermənistana təbii qaz nəqli müvəqqəti olaraq dayandırılıb.
Bu barədə məlumatı “Qazprom-Armeniya” şirkəti yayıb.
Ermənistana qaz nəqli mayın 1-dən 4-nə qədər dayandırılıb. Buna səbəb “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərində aparılan təmir işləridir.
Qeyd olunub ki, həmin dövr ərzində əhalinin qaza olan tələbatı ölkənin daxili ehtiyatları hesabına qarşılanacaq.