Dolların gələcək taleyilə bağlı proqnoz verildi

Növbəti iclasda ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbərliyinin əsas uçot dərəcəsinin artırılması kursunu davam etdirəcəyi ehtimalı var. Bu isə dolların bahalaşa biləcəyi deməkdir.

“Bloomberg”in məlumatına görə, bu tədbir daxili bazarda inflyasiyanın qarşısını almaq üçün lazımdır.

Bildirilir ki, mayın 3-də ABŞ Federal Ehtiyat Sistemi rəhbərliyinin növbəti görüşü keçiriləcək. Əsas faiz dərəcəsinin illik 5,25% səviyyəsinə qaldırılacağı gözlənilir. Hazırda göstərici 5% səviyyəsində saxlanılır.

Qeyd edək ki, hələ martın 7-də Federal Ehtiyatlar Xidmətinin rəhbəri Cerom Pauel bildirib ki, ABŞ inflyasiya ilə mübarizə üçün əsas faiz dərəcəsini artırmağa davam edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ