Sabahdan etibarən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər.
Buta.media-nın məlumatına görə, bununla bağlı “Azərpoçt” MMC məlumat yayıb.
Qeyd edilib ki, 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarıdır və kompensasiyalar həmin şəxslərə kartlar vasitəsilə ödəniləcək.
Xatırladaq ki, problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyev fevralın 28-də fərman imzalayıb.