Azərbaycanda ən böyük körpü tikiləcək

Azərbaycanda ən böyük körpünün inşasına başlanılacaq.

Bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi layihəsi ilə bağlı bu gün Bakıda keçirilən ictimai dinləmələrdə “Gidrotransproyekt” Elmi Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev deyib.

N.Əliyevin sözlərinə görə, yeni körpü Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda inşa ediləcək: “Həmin ərazi sürüşmə zonası olduğundan orada böyük körpünün inşası planlaşdırılıb. Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ