Neft qiyməti kəskin ucuzlaşır

Londonun ICE birjasında keçirilən hərraclarda Brent markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 75 dollardan aşağı düşüb. Bakı vaxtı ilə saat 16:00-a olan məlumata görə, Brent bir barel üçün 74,82 dollara satılırdı. Birjanın açılışından bəri kotirovkalar 3,4% ($2,63) ucuzlaşıb.

75 dollara yaxın olan Şimal dənizi neft qarışığı bundan əvvəl belə qiymətə 23 dekabr 2021-ci ildə satılıb.

WTI markalı neft də ucuzlaşır. Onun bir barreli 68,8 dollar təşkil edib ki, bu da ьфкежт 14-ü ilə müqayisədə 2,5 dollar (3,5%) azdır.

Birja analitikləri bildirirlər ki, neft qiymətləri ABŞ-da iqtisadiyyatın tənəzzülü qorxusuna reaksiya verib, bunu ən böyüyü Silicon Valley Bank olan bir neçə Amerika kredit təşkilatının müflis olması sübut edir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ