Azərbaycanda içməli suyun qiyməti bahalaşa bilər

“İçməli su maya dəyərindən ucuz qiymətə satılır. Bu da “Azərsu” ASC-nin rentabelli işləməsinə maneə törədir”.

Bu barədə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər:

“Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ