Azərbaycanda su qıtlığı daha da artacaq - AMEA-nın vitse-prezidenti

“Azərbaycanda su qıtlığı hiss olunur və bu, get-gedə daha da artacaq”.

Bu fikirləri AMEA-nın vitse-prezidenti İradə Hüseynova Milli Məclisdə keçirilən TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib.

Vitse-prezident vurğulayıb ki, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir: 

“Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ