Bakı-Qəbələ sürət qatarına biletlərin qiyməti açıqlandı

Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin martın 18-dən etibarən həyata keçirəcəyi Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımaları ilə bağlı biletlər 4 mart tarixindən etibarən satışa çıxarılacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ