Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarında dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öncədən bəyannamə təqdim etməlidir. Həmin şəxsin hansısa bir malı, avtomobili ölkəyə gətirərkən onu hansı məqsədlərlə istifadə edəcəyi araşdırılacaq. Əgər satış məqsədi ilə gətirilən məhsul barədə fiziki şəxs öncədən bəyannamə təqdim etməyibsə o vəzifəli şəxs kimi cərimələnəcək.
Kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər ölkəyə mal gətirməzdən əvvəl qısa idxal bəyannaməsi təqdim etməli olacaqlar.
Nazirlər kabinetinin qərarına əsasən gömrük sərhədindən keçirilən mallarin və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarinda dəyişiklik edilib.
Öncədən qısa bəyannamə təqdim etməyənlər isə cərimələnəcəklər.
Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də öncədən bəyannamə təqdim etməlidir. Həmin şəxsin hansısa bir malı gətirərkən onu hansı məqsədlərlə istifadə edəcəyi araşdırılacaq. Əgər satış məqsədi ilə gətirilən məhsul barədə fiziki şəxs öncədən bəyannamə təqdim etməyibsə o vəzifəli şəxs kimi cərimələnəcək.
Elektron formada qısa gömrük bəyannaməsi egov.az saytı vasitəsi ilə həyata keçirilir. Prosesin elektron həyata keçirilməsi ilə gömrük prosedurlarına sərf edilən vaxt minimum endirilir.