Milli Məclisin bu gün keçirilən iclasında qaz və elektrik enerjisinin limitinin artırılması təklif olunub.
Buta.media-nın məlumatına görə, bununla bağlı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, insanlardan bununla bağlı təkliflər gəlir və onlar limitin artırılmasını istəyirlər:
“Təbii qaza tətbiq edilən limit çox aşağıdır. Xüsusən həyət evlərində yaşayan əhali bu limiti tezlkiklə başa vurur və daha sonra ikiqat pul ödəməyə məcbur olur.
O qaza tətbiq edilən 1700 kubmetrlik limitin ən azı iki dəfə artırılaraq 3 min kubmetrə qaldırılmasını təklif edib. “Limit həddi artırılmalıdır ki, yoxsul əhali ödəməkdə çətinlik çəkməsin”- F. Mustafa deyib.
Deputat Qənirə Paşayeva da bu təklifi dəstəkləyib. O vurğulayıb ki, xüsusilə rayon və kənd əhalisi bununla bağlı çox müraciət edir.