Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.
O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə (“Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.
1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.