Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev tutduğu vəzifədən azad olunub.
Kənd Təsərrüfatı Nazirliyindən xəbəri təsdiqləyiblər.
Bildirilib ki, M. Əliyev öz istəyi ilə vəzifəsindən azad olunub. Agentliyin sədri vəzifəsinə hələ ki, yeni təyinat yoxdur.
Xatırladaq ki, Aqrar Xidmətlər Agentliyi 2019-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. M. Əliyev 2020-ci ildən Agentliyin sədri vəzifəsini icra edib.