Azərbaycanda yumurtanın qiyməti bahalaşıb.
Buta.media-nın məlumatına görə, hazırda marketlərdə yumurtanın qiyməti 12-14 qəpik təşkil edir.
Satıcılar bildiriblər ki, qiymətin artmasına səbəb alıcılar arasında tələbatın artmasıdır.
Qeyd edək ki, bundan əvvəl yumurtanın qiyməti 7-10 qəpik arasında dəyişirdi.