Rusiya Azərbaycana qaz ixracını artırır

Rusiya Azərbaycanla qaz tədarükünü artırmaq barədə razılığa gəlib və gələcəkdə svop tədarüklərini də müzakirə edə bilər.

Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak TASS-a müsahibəsində bildirib.

“Bizim ixracı artırmaq üçün Azərbaycanla razılaşmamız var. Gələcəkdə onlar hasilatı artırdıqda, biz svopları müzakirə edə biləcəyik”.

Novakın sözlərinə görə, Azərbaycan daxili istehlak üçün Rusiyadan təbii qaz alacaq.

Noyabrın 15-də “Qazprom” Azərbaycana yeni müqavilə əsasında qaz tədarük etməyə başlayıb və sənədə əsasən, 2023-cü ilin mart ayına qədər ixrac 1 milyard kubmetr təşkil edəcək.

2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. 2023-cü ilə qədər qüvvədə olan müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, eləcə də qış mövsümündə əks istiqamətdə eyni həcmdə qaz nəqlini nəzərdə tutur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ