Rusiya neftinin ixracı kəskin azalıb - Qiymət həddinin tətbiqindən bir həftə keçib

Rusiya neftinə qiymət həddinin tətbiqindən sonra ilk həftədə ixracı 54% azalıb.

Bu barədə “Bloomberg” tankerlərin hərəkəti ilə bağlı öz hesablamalarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ixrac həftə ərzində 1,86 milyon barel azalaraq 1,6 milyon barel olub.

Azalmanın bir hissəsi Baltik dənizinin Primorsk limanında aparılan təmir işləri ilə bağlıdır, lakin digər limanlarda da, nəqliyyatın həcmi azalıb. Xüsusilə, Uzaq Şərqdəki Naxodka limanında kifayət qədər gəmi yoxdur: “Bloomberg”in yazdığı kimi, şirkətlər sanksiyalardan qorxduqları üçün tankerləri göndərmirlər.

Agentlik vurğulayır ki, həftəlik tədarük hesablamalarına ehtiyatla yanaşmaq lazımdır, çünki bu, çox qısa müddətdir və uzun müddət ərzində göstəricilər dəyişə bilər. Bununla belə, Bloomberg-in hesablamaları ixracın dörd həftə ərzində də azaldığını göstərir.

Qərb ölkələrinin dekabrın əvvəlində razılaşdığı Rusiya neftinin qiymət həddi 60 dollar/barel səviyyəsində müəyyən edilib. Bu rəqəm mütəmadi olaraq yoxlanılacaq. Rusiya neftinin qiyməti dünya bazarlarındakı dəyərindən ən azı 5% aşağı olmalıdır.

Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, qiymət həddini tətbiqini dəstəkləyən ölkələrə neft tədarük etməyəcək. “Vedomosti” xəbər verir ki, Kreml artıq cavab layihəsi hazırlayıb, lakin onlar hələlik rəsmi olaraq açıqlanmayıb.

“Financial Times”a müsahibə verən ekspertlər qiymət həddinin tətbiqindən sonra ilk aylarda Rusiyanın neft daşımaq üçün kifayət qədər gəmilərin olmayacağını, və ixracın azaldacağını proqnozlaşdırıblar. Onların fikrincə, vəziyyət fevralda, Aİ-nin Rusiyadan neft məhsullarının dəniz tədarükünə embarqosu qüvvəyə minəndə daha da pisləşə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ