Azərbaycanın 2036-cı ilə qədər təbii qazdan əldə edəcəyi gəlirlər açıqlanıb

“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi və hasilat həcminin ildə 26 milyard kubmetrə çatdırılması nəticəsində Azərbaycanın 2015-2033-cü illər ərzində ümumilikdə 20,3 milyard ABŞ dolları gəlir əldə edəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı (ADB) layihə ilə bağlı geniş hesabatında bildirib.

Qeyd edilib ki, Azərbaycan hökumətinin “Şahdəniz” yatağının istismarından əlavə gəlirləri 2015-2035-ci illər ərzində 13,3 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır: “Bu gəlirlər Azərbaycana iqtisadiyyatı şaxələndirmək üçün daha çox maliyyə imkanları verir. Layihə həmçinin Avropanın enerji bazarını şaxələndirmək və enerji təhlükəsizliyini gücləndirmək üçün yeni enerji təchizatı mənbəyini təmin edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ